PSYCH-K®Basic Workshop – Baku – Azerbaijan

 

Qeydiyyatdan keçmək və Məlumat almaq üçün klikləyin!

 


TƏLİMÇİ: Eralp Caner

“Səyahətim, ola biləcəyim ən yaxşı “mən” olmaq üçün başqalarının asan və əyləncəli bir şəkildə özlərinin ən yaxşı və ən hüzurlu versiyası olmalarına kömək etməkdir. Və bundan çox zövq alıram!”

Əlaqə:

Daha ətraflı məlumat üçün:  Eralp Caner



Tarix & Saat:

27-28 May 2022 / 9:00 – 18:00, 29 May 2022 / 9:00 – 16:00


Məkan:

Zahra Clinic, 32 Heydar Aliyev Ave, Baku 1033, Azerbaycan


PSYCH-K® ÖYRƏNƏRƏK HƏYATINIZI DƏYİŞDİRİN VƏ BÜTÜN POTENSİALINIZI ÜZƏ ÇIXARIN!

Çox vaxt əsl potensialımızı şüuraltı səviyyədə əngəlləyən, əsl hüdudlarımızı kəşf etməyimizi qeyri-mümkün kimi göstərən inanc qəlibləri ilə yaşayırıq. Hətta belə ki, arzuladığımız kimi yaşamağımıza mane olan bu inancların, həyatımıza nə qədər böyük bir güclə hökm etdiyinin fərqində belə ola bilmirik.

“Nə etsəm, nə qədər çabalasam da, istədiyim kimi olmur”

“Verdiyim qərarlar adətən səhv çıxır”

“Başqalarına görə (müdirim, iş yoldaşlarım, həyat yoldaşım və s.) həmişə problem yaşayıram”

“Yeni və ya riskli şeylər sınamağa cəsarətim yoxdur”

“Başqalarından kömək istəyərkən çətinlik çəkirəm”

“Özüm kimi davranmıram”

“Fikirlərimə lazım olan dəyər verilmir”

“Etdiklərim layiq olduğu dəyəri görmür ”

Deyirsinizsə, HAQLISINIZ! 

Bu və bunun kimi inanclara sahib olduğunuz müddətcə həyatda yaşadıqlarınız da siz fərqində olmadan bu inancları dəstəkləməyə davam edəcəkdir.

Son dövrlərdə aparılan elmi tədqiqatlar, həyatımızın ən azı 95%-ni, biz fərqində olmadan avtomatik olaraq şüuraltı (qeyri-şüuri) zehnimizin idarə etdiyini göstərməkdədir. Şüuraltımız, əslində kim olduğumuz və ya kim olacağımızla əlaqəsi olmayan, hətta etibarlılığı belə qalmamış proqram və inanclarla dolu bir mina tarlası kimidir. Güclü, ancaq məhdudlaşdırıcı olan bu proqram və inanclar, münasibətlər, özgüvən, maddi vəziyyət, kariyera seçimi, hətta sağlamlıq və fiziki durumunuz daxil, həyatımıza hər istiqamətdən və davamlı olaraq təsir edər. Həyatımızda, məna verə bilmədiyimiz bu davranış və performanslarımızın səbəbləri də, fərqində olmadığımız bu inanc qəliblərindən qaynaqlanır.

PSYCH-K®, sağlam və hüzurlu bir həyata mane olan köklü, güclü və əngəlləyici strukturdaki bu inancları, yenidən və insana xidmət edəcək şəkildə, olduqca asan, sürətli və təsirli olaraq əsaslandırmaq üçün ərsəyə gətirilmiş bir metoddur. Başqa bir deyişlə, insanı, potensialını reallaşdırmaqdan məhrum edən bütün əngəlləyici inancları və sistemləri yenidən proqramlaşdıraraq, zehni dəstəkləyici hala çevirən, insanı gizli əngəllərindən xilas edən və istədiyi istiqamətə doğru gücləndirərək, azad edən bir yoldur.

Effektivliyi 30 ildir dünyada yüz minlərlə insanın üzərində sübut olunmuş olan bu yol, dönüşümün/dəyişimin sürətli, qalıcı və ola biləcək ən rahat forması ilə reallaşa bilməsi üçün, müasir nevroloji elmi tədqiqatların və qədim zehin/bədən bilgilərinin zəngin və əvəzolunmaz vəhdətindən ərsəyə gətirilmişdir.

Xüsusilə vərdiş və davranış dəyişdirmə, yaxşı olma halı, sarsıdıcı stressi azaltma mövzularında istifadə olunan affirmasiya, xəyal qurma, iradənin istifadə olunması və pozitiv düşünmə metodlarının qarşısına keçən olduqca təsirli və praktiki bir metoddur.

Yaxşı xəbər: PSYCH-K® ilə xatirələrə girmədən dəyişə bilər və həyatınızı dəyişdirə bilərsiniz.

Daha yaxşı xəbər: Bunu öz-özünüzə tətbiq edə bilər və ya başqalarının dəyişiminə kömək edə bilərsiniz.

Daha da yaxşı xəbər: Bunu hamı öyrənə bilər!


PSYCH-K® Təməl Səviyyə Təlimində Nələr Öyrənəcəksiniz?

  • İnanclar necə yaranırlar və həyatımıza necə təsir edirlər? PSYCH-K® nədir və necə işləyir?
  • PSYCH-K®’nin özünə xas əzələ testi və bu test vasitəsilə şüuraltı zehin ilə rabitə qurmaq. 
  • Edilən çalışmanın etibarlılığını təmin etmək üçün güvənlik protokolları.
  • Dəstəkləyici inanc qəlibləri necə hazırlanır?
  • Şüuraltı ehtiyac duyduqda hədəf inanc qəliblərini təhtəlşüura tərcümə etmə prosesi.
  • Şüuraltı inanc qəliblərini dəyişdirmək üçün iki fərqli proses.
  • Sarsıdıcı stress, travmalar və qorxular qalıcı olaraq hüzurlu bir qavrayışa necə dönüşdürülür?
  • PSYCH-K®-ni öz-özünüzə tətbiq etmək və öz qəliblərinizi heç kəsə ehtiyac olmadan dəyişdirə bilmək.
  • Təlim yekunlaşdıqdan sonra dərhal PSYCH-K®-ni öz həyatınızı dəyişdirmək yaxud başqalarının həyatlarını dəyişdirmələrinə kömək etmək üçün istifadə edə bilmək.

Yəni siz fərqində olmadan həyatınızın ən az 95%-ni avtomatik olaraq idarə edən şüuraltınız ilə əməkdaşlıq etmək və hədəflərinizi reallaşdırmaq üçün şüuraltınızı ən böyük dəstəkləyici güc olaraq istifadə edə bilməyin yollarını öyrənəcəksiniz. Üstəlik öyrədilən heç bir şeyi əzbərləmək məcburiyyətində deyilsiniz. Sizlərə işin gedişatını olduqca açıq-aydın izah edən və addım-addım yönləndirən Azərbaycan dilində təlim materialı veriləcəkdir.

PSYCH-K® Təməl Səviyyə Təlimində, üzərində dərin bir şəkildə sürətlə işləyə biləcəyiniz və asanlıqla dönüşdürə biləcəyiniz sahələr hansılardır?

1) TƏBİƏTİN PRİNSİPLƏRİ İLƏ AHƏNG: Həyatınızda davam etdirilə bilən sevinc və xoşbəxtlik üçün “Təbiətin müdrikliyi” ilə rabitə qurun, sizə qata biləcəyi gücü kəşf edin.

2) MƏNƏVİYYAT: Tanrısallıqla bağlarınızı hiss etməyinizə mane olan şüuraltı müqavimətinizi sərbəst buraxın, özünüzə hər gün daha çox yaxınlaşın, azad olun.

3) MÜNASİBƏTLƏR: Sağlam və sevgi dolu münasibətlərə malik olmaq üçün sizi dəstəkləyəcək inanclar yaradın, münasibətlərini istədiyiniz istiqamətdə qüvvətləndirin.

4) SAĞLAMLIQ/BƏDƏN: Duyğusal stressi azaldın. Bədəninizi və zehninizi optimal sağlamlıq və canlılıq üçün proqramlaşdırın, sağalma dövrünüzə dəstək olun.

5) YAS/İTKİ: Ağrı-acılı xatirələri həll edin. Acını dönüşdürüb hüzur və xoşbəxtlik tapın.

6) ÖZÜNƏ İNAM: Özünüzü daxildən mükafatlandırmağınıza və qəbullanmağınıza kömək edəcək inancları kəşf edin, özünüzdən hər gün daha çox zövq alın.

7) BOLLUQ: Pulla bağlı fikirlərinizi, maddi bolluqla bağlı məhdudlaşdırıcı inanclarınızı dəyişdirin, həyatınıza axacaq bolluğun önündən çəkilin.

8) ŞƏXSİ GÜC: Həm pozitiv həm də qərarlı addımlar üçün özünüzə güvəninizi və istəyinizi artırın, hədəflərinizə doğru gedərkən artıq yorulmayın.


Qiymətlər, Ödəniş və Fürsətlər:

  • 400 ABD Doları ön ödeme yaparak yerinizi garantileyebilir ve eğitimden önce 700 ABD Doları bakiye ödemenizi yapabilirsiniz.
  • Toplam kayıt bedeli olan 1100 ABD Doları’nı ek ödeyerek kaydınızı tamamlayabilirsiniz.
  • 21 Yaş və Aşağı Qeydiyyat: 950 Dollar
  • Təlimin təkrarı (Sadəcə Asanlaşdırıcılar üçün): 450 Dollar

 


Qeydiyyatdan keçmək və Məlumat almaq üçün klikləyin!

Comments are closed.