PSYCH-K® TƏLİMİ İŞTİRAKÇI MÜQAVİLƏSİ


Tətbiq etmə

Bu Təlimdə iştirak etdikdən sonra, PSYCH-K® proseslərinin istifadəsini, öz iradəmə bağlı olaraq xüsusi fərdi seanslarda, peşəkarcasına yaxud şəxsi olaraq, müştərilərlə yaxud digərləri ilə, gəlir məqsədli yaxud başqa cür, tətbiq etmək hüququna malik olduğumu təsdiq edirəm. Buna əlavə olaraq, PSYCH-K®-ni istifadə etməyimlə əlaqədar satış-marketinq vasitələri və digər yazılı (çap olunmuş) vasitələrdə PSYCH-K® Asanlaşdırıcısı ünvanını (titulunu) istifadə etməyə hüququm var.

Bu unvan PSYCH-K®-də hər hansı bir vəzifəni ifadə etməz. Bu vəzifə, ancaq təsdiq edilmiş səlahiyyətli PSYCH-K® təlimçilərinə məxsusdur.

Yuxarıda qeyd olunduğu kimi digər şəxslərlə PSYCH-K® istifadə etməyə haqqım olmaqla yanaşı, PSYCH-K® proseslərini heç bir halda digər şəxslərə, qruplara və ya insanlara, peşəkarcasına yaxud başqa cür, maddi qazanc məqsədli və ya başqa halda öyrətməməyi qəbul və təsdiq edirəm. Eyni zamanda PSYCH-K® proseslərinə aid hər hansı bir video/film təqdimatını, internet üzərində yaxud hər hansı bir elektronik media vasitəsilə yayınlamayacağımı qəbul və təsdiq edirəm.

Məsuliyyətdən imtina

PSYCH-K® prosesləri ancaq inançların dəyişdirilməsi ilə məhduddur. PSYCH-K® prosesi tibbi problemlərə diaqnoz qoymaq üçün və ya tibbi müalicə, peşəkar zehin sağlamlığı müalicəsini əvəz etmək məqsədilə tərtib olunmamışdır.

Müəllif Hüquqları və Ticarət Nişanı

The Myrddin Corporation’ın (d.b.a. The PSYCH-K® Centre International) müəllif hüquqları, əmtəə nişanları, anlayışlar və məxfi ticari sirrlər, çalışma kitabları, yazılı və nəşr olunmuş mətnlər, həmçinin, PSYCH-K® proqramı ilə bağlı olan materiallar daxil olmaqla, o cümlədən bunlarla məhdud olmadan, müxtəlif hüquqların sahibi olduğunu qəbul edirəm. Əlavə olaraq, PSYCH-K® təlim materiallarının, PSYCH-K® təlimlərində və PSYCH-K® veb-saytında (www.psych-k.com) istifadə edilən loqoların və digər əmtəə nişanlarının The Myrddin Corporation-ın təsdiq olunmuş, fikir haqqı/mülkiyyəti olduğunu təsdiq və qəbul edirəm. Və bunları The Myrddin Corporation-ın açıq yazılı icazəsi olmadan, bütöv halda yaxud qismən çoxaltmayacağımı, istifadə etməyəcəyimi, plagiat etməyəcəyimi yaxud hər hansı bir PSYCH-K® konsepsiyasının, texnologiyasının və strategiyalarının, və ya nəşr olunmuş mətnlərinin, materiallarının yaxud veb-sayt qrafiklərinin, hər hansı bir formada, istər birbaşa, yeni bir iş qurarkən və ya başqa şəkildə yamsılamayacağımı, oxşarını etməyəcəyimi qəbul edirəm. Əlavə olaraq, hər nə şəkildə olursa olsun, Təlim müddətindəki, dərs yaxud praktikalar ərzində, bütöv yaxud hissələr halında, səs, video yaxud fotoşəkil qeydi etməyəcəyimi qəbul edirəm. Bütövlükdə böyük hərflər istifadə etdiyim və qeydə alınmış əmtəə nişanını (®) daxil etdiyim müddətcə PSYCH-K® adını veb-saytımda, vizit-kartlarımda yaxud başqa çap olunmuş vəsaitlərdə istifadə edə biləcəyimi anlayıram. PSYCH-K® adını (böyük ya da kiçik hərflə) bir veb-saytı və ya URL domain adının bir hissəsi kimi, bir elektron poçt ünvanının hissəsi olaraq, sosial şəbəkələrdəki profil adımın ya da səhifəmin adının bir hissəsi olaraq istifadə edə bilməyəcəyimi dərk edir və qəbul edirəm.

 

Şahin loqosunu da (yuxarıda sağda, PSYCH-K® Asanlaşdırıcıları üçün mövcud) istifadə edə bilərəm. Lakin spiralların olduğu loqonun (yuxarıda solda) sadəcə The Myrddin Corporation və ya onun Səlahiyyətləndirdiyi Təlimçilər tərəfindən istifadə edilə biləcəyini anlayır və qəbul edirəm.

Bu müqavilə ilə bağlanmış olduğumu və bu müqavilənin bütün şərtlərinə riayət edəcəyimi qəbul və təsdiq edirəm. Bu müqavilənin qəbulunun The Myrddin Corporation tərəfindən tərəfimcə təsdiq edilməyəcəyini, bu müqavilənin müqavilə şərikim olan, P.O. Box 1885, El Prado, New Mexico, 87529, ABŞ adresində yerləşən The Myrddin Corporation-a (d.b.a. The PSYCH-K® Centre International) yönləndiriləcəyini və saxlanacağını, bu saxlama proseslərinin elektronik mühitdə 3. Partiya BT xidməti vasitəsilə edilə biləcəyini qəbul və təsdiq edirəm.

Leave this empty:

Signature arrow sign here


Signature Certificate
Document name: PSYCH-K® TƏLİMİ İŞTİRAKÇI MÜQAVİLƏSİ
lock iconUnique Document ID: c4fd930c365e57ddb97e7e030c8c7a89afb67edb